Türkiyədə 2,5 min illik qızıl sikkələr tapılıb

13 İyul 2026 14:41 (UTC+04:00)

Türkiyənin İzmir vilayətində yerləşən qədim Notion şəhərində aparılan arxeoloji qazıntılar zamanı təxminən 2,5 min il əvvələ aid 50 ədəd fars qızıl sikkəsindən ibarət xəzinə aşkar edilib.

Bu barədə Arkeonews jurnalı məlumat yayıb.

Xəzinə Miçiqan Universitetinin rəhbərlik etdiyi arxeoloji layihə çərçivəsində İzmirin Menderes rayonunda aparılan qazıntılar zamanı tapılıb.

Arxeoloqlar qızıl sikkələrin qədim tikilinin divarı altında gizlədilmiş kiçik keramika qabının içərisində olduğunu müəyyən ediblər. Sonrakı ellinistik dövrdə həmin tikilinin üzərində yaşayış evinin daxili həyəti salınıb.

Tədqiqatçılar tapıntını eramızdan əvvəl V əsrin sonu – IV əsrin əvvəllərində zərb edilmiş fars darik qızıl sikkələri kimi müəyyənləşdiriblər.

Mövsüm,
AzNews.az