Türkiyədə 5 maqnitudalı zəlzələ baş verib

18 İyul 2026 10:53 (UTC+04:00)

Malatyada 5 maqnitudalı zəlzələ baş verib.

Aznews.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələnin ocağı 16 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.