Azərbaycanda yeni təşkilat yaradıldı- «Həmrəy»

27 Sentyabr 2013 15:13 (UTC+04:00)
Prezident yanında Gənclər Fondunun elan etdiyi III qrant müsabiqəsinin qaliblərindən olan "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi "Region gənclərinin icimai fəallığının artırılması" adlı layihə çərçivəsində seminar-təlimlərə start verib.

İlk tədbir Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində baş tutub. Layihənin rəhbəri Elvin Əliyev seminar - təlim barədə geniş məlumat verib. Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov bu təlimlərin respublikamızda uğurla həyata keçirilən gənclər siyasətinin bir hissəsi olduğunu bildirib.

"Həmrəy"in sədri Yəhya Babanlı bu qəbildən tədbirlərin region gənclərinin ictimai fəallığının artırılması, onların sosial aktivliyinə, cəmiyyətin inkişafı ilə bağlı tədbirlərdə məhsuldar iştiraklarına müsbət təsirini qeyd edib.

Tərəfdaş təşkilat "Qəbələ Regional Gənclərin Resurs Mərkəzi" İctimai Birliyinin sədri Qalib Nəbiyev seminar-təlimlərin məqsədinin gənclərin ictimai fəallığının artırılması, özünə inam hissinin aşılanması, onlarda zamanın düzgün qiymətləndrilməsi, düzgün karyera seçimi və işgüzar görüşlərdə müvəffəqiyyət qazanması sahəsində maarifləndirilməsinə dəstək vermək olduğu bildirib.

Daha sonra təlimçi, dosent Şəmil Sadiq "Liderlik və idarəçilik" adlı təlim-seminarında ictimai fəallıq, ictimai fəallığa nəzəri və praktiki yanaşma, ictimai fəal olmağın yolları və faydalılığı, ictimai fəallığın cəmiyyətin inkişafına təsiri barədə gənclərə məlumat veriib.
Layihənin rəhbəri Elvin Əliyev öz çıxışında müvəffəqiyyətə gedən yolda özünə inam hissinin inkişafı, zamanın düzgün dəyələndirilməsi, uğurlu karyera quruculuğu, müvəffəqiyyətin sirrinin öyrənilməsi mövzusunda gənclərlə dialoq şəklində təlim keçib. Gənclərin maarifləndirilməsi və mübarizlik ruhunun yüksəldiməsi məqsədilə təlimçi, gənc yazar Şəmil Sadiqin yeni nəşr olunan "Odərlər" romanı gənclərə təqdim edilib.
Sonda İctimai Birliyin prezident seçkiləri ilə bağlı mövqeyi açıqlanıb. Qeyd olunub ki, çoxsaylı gənci ətrafında birləşdirən "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi İlham Əliyevi dəstəkləyir.
Qeyd edək ki, Azərbaycanda yaşayan gənclərin həmrəyliyinə nail olmaqla, onlar arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini təbliğ etmək, onların bilik və bacarıqlarının artırılmasına yardım etmək və gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə bu ilin 15 martında təsis edilən "Həmrəy" İctimai Birliyi bu ilin aprelində qeydiyyatdan keçib.

Yeni yaradılmasına baxmayaraq, İctimai Birlik bir sıra uğurlara müvəffəq olub. Gənclərin inkişafı ilə bağlı həyata keçirilən bir sıra tədbirlərdə fəal iştirak etmiş, belə tədbirlərə dəstək verib, buna görə diplom, fəxri fərmanlarla mükafatlandırılıb. Təşkilat Gənclər Təşkilatlarının I Milli Konqresində yaxından iştirak edərək şəhadətnamə alıb.

Elnur
AzNews.az