Türkiyə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasında (ASEAN) dialoq üzrə tərəfdaş statusu əldə edib.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, qərar ASEAN-a üzv ölkələrin xarici işlər nazirlərinin Filippinin paytaxtı Manila şəhərində keçirilən iclasında qəbul edilib.
Fidan qeyd edib ki, dialoq üzrə tərəfdaş statusu təşkilata üzvlükdən sonrakı ən yüksək əməkdaşlıq mərhələsidir və indiyədək bu status cəmi 11 ölkəyə verilib.
Nazir xatırladıb ki, Ankara bu statusun əldə olunması üçün müraciətini 2024-cü ildə təqdim etmişdi. O, müraciətin dəstəklənməsinə görə ASEAN-a üzv dövlətlərə və təşkilatın katibliyinə təşəkkür edib.
Mövsüm
AzNews.az