Şəkidə avtoqəza; yaralılar var

27 Sentyabr 2013 15:04 (UTC+04:00)
Şəki rayonunda yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Göybulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağdam rayon sakini İsrafil Məzahir oğlu Qasımovun idarə etdiyi "Mercedes" markalı, 90 NN 450 dövlət nömrə nişanlı yük maşını ilə Şəki şəhər sakini Ceyhun Akif oğlunun Abdurrəhmanovun idarə etdiyi "Tofaş" markalı, 55 BM 096 dövlət nömrə nişanlı minik avtomobil qarşı-qarşıya toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Ceyhun Abdurəhmanov, avtomobildə olan sərnişinlər, Şəkinin Baş Zəyzid kənd sakinləri Bəxtiyar Sultan oğlu Abdullayev, Səttar Yusif oğlu Abdullayev və Şəki şəhər sakini Vüqar Akif oğlu İbrahimov xəsarət alıblar. Yaralılar dərhal yoldan keçənlər tərəfindən Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) çatdırılıb. Xəsarət alan 4 nəfərdən birinin vəziyyəti ağır olduğu üçün, reanimasiya şöbəsinə yerləşdirilib. Yaralılardan 2-si cərrahiyə şöbəsinə yerləşdirilib, birinə isə ambulator xidmət göstərilib. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

AzNews.az