Qaynar yağla ərinin cinsiyyət orqanını yandırdı- İntiqam

27 Sentyabr 2013 17:00 (UTC+04:00)

İzmirin Bornova bölgəsində qadın onu aldatdığını iddia etdiyi ərinin üstünə yağ tökərək onu yandırıb. Türkiyə mətbuatı xəbər verir ki, buna səbəb kişinin ona xəyanət etməsi olub. Qadın həmin qadının onun ərindən hamilə olduğunu eşidərək əsəblərinə hakim ola bilməyib.

33 yaşlı qadının 28 yaşlı ərinin xəyanəti nəticəsində 4 uşaqlı ailədə problemlər başlayıb. Mübahisə böyüyüb və qadın mətbəxdə isitdiyi yağı kişinin cinsiyyət orqanına tökərək onu yandırıb.

Qadın polisə ifadəsində ərinin evli bir qadınla əlaqəsinin olduğunu və 4 uşaqla onu evdə aç buraxdığını bildirib: "Evli qadını hamilə edib, mən 4 uşağımla evdə ac qaldığım zaman o qadını bəsləyib".

Elnur
AzNews.az