Hökumət Stalinin abidəsinə “yox” dedi

27 Sentyabr 2013 16:25 (UTC+04:00)
Gürcüstan hökuməti Qoridə İosif Stalinin xatirəsinin əbədiləşdirilməsinə icazə verməyəcək. Bunu Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili deyib. Nazirin sözlərinə görə, yerli hakimiyyət orqanı bu barədə qərar qəbul edə bilməz: "Qərarı mərkəzi hakimiyyət verməlidir".

Nazir abidənin dekabrın 21-də Qoridə ucaldılacağı ilə bağlı məlumatları da təkzib edib.

Qeyd edək ki, bundan əvvəl xəbər verilmişdi ki, Stalinin 2010-cu ildə götürülən 7 metrlik heykəli yenidən bərpa ediləcək.

Elnur
AzNews.az