Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç karvanı ünvana çatıb.
Aznews.az xəbər verir ki, bu mərhələdə 12 ailə doğma yurduna qovuşub.
Daha sonra ailələrə mənzillərin açarları təqdim olunub.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.