76 yaşlı qadın intihara cəhd etdi

27 Sentyabr 2013 16:30 (UTC+04:00)
Bu gün günorta saatlarında Siyəzən rayonunda intihara cəhd faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1937-ci il təvəllüdlü Tağıyeva Sona İbrahimxəlil qızı yüksək miqdarda kimyəvi maddə qəbul edərək həyatına qəsd etmək istəyib.

O, ağır vəziyyətdə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

İlkin yardımdan sonra S. Tağıyeva Bakı Toksikoloji Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az