Hilal Məmmədova hökm oxundu- 5 il

27 Sentyabr 2013 16:22 (UTC+04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə "Tolışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə iclası keçirilib.

Prosesdə Hilal Məmmədova hökm oxunub. Məhkəmənin hökmünə görə, Hilal Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir./bizimyol/