Aysel Əlizadənin “Azad”ı işıq üzü gördü

27 Sentyabr 2013 17:30 (UTC+04:00)
Yazar Aysel Əlizadənin "Azad" adlı yeni kitabı çap olunub. Bu kitab dünya neft sənayesində ən böyük alimlərdən biri sayılan Azad Mirzəcanzadə haqqındadır. Aysel xanımın sözlərinə görə, bu yazını çoxdan qələmə alıb və yazının ilk variantı onun nə vaxtsa çəkməli olduğu film-verilişin ssenarisidi. "Filmi çəkə bilmədik və yazı kompüterimdə sakitcə zamanını gözləyirdi" deyə yazar bildirib. Onun sözlərinə görə, sentyabrın 29-u Azad Mirzəcanzadənin 85 illiyidi: "Kitabı məhz indi çap etdirmək ideyasını dostlarımdan biri verdi. Kitab "Yazıçı" nəşriyyatında işıq üzü görüb".
(Musavat.com)