Rusiya işsizlik astanasında
27 Sentyabr 2013 17:49 (UTC+04:00)
Rusiya baş naziri Dmitiri Medvedev bildirib ki, ölkə dövlət dəstəyi hesabına məşğulluğun istənilən cür qorunması siyasətindən imtina etməlidir. ANS PRESS Medvedevin "Vedomosti" qəzetində dərc edilmiş məqaləsinə istinadən bildirir ki, baş nazir həmvətənlərinə yalnız iş yerlərini deyil, həm də yaşayış yerlərini və peşələrini də dəyişməyə hazır olmağa çağırıb.
"Əhalinin yetərincə böyük həssəsi yalnız iş yerlərini deyil, həm də yaşayış yerlərini və peşələrini də dəyişməli olacaq", - Soçidəki sərmayə forumunda çıxış edən Medvedev vurğulayıb. Medvedevin fikrincə, Rusiya mövcud əmək resurslarını effektiv istifadə etməlidir və bunun üçün iri nəhəng müəssisələrin yenidən strukturlaşdırılması lazımdır.
2013-cü ilin avqust ayında Rusiyada işsizlik 5,25% təşkil edib. İqtisadi fəal əhalinin 4 milyona yaxını işsiz hesab edilir.
AzNews.az