Ronaldodan xeyirxahlıq - Video

27 Sentyabr 2013 18:33 (UTC+04:00)
Ronaldo daha bir xeyirxah əmələ imza atıb.
"Qafqazinfo" xəbər verir ki, bu il Amerikanın Mayami şəhərində "Real"Madridlə "Çelsi" arasında keçirilən yoldaşlıq oyununda bir azarkeş meydançaya girib və Ronaldonu qucaqlayıb. Mayami polisi həmin gənc azarkeş Roland Qorkeni həbs edib . Mayami prokurorluğu da bu hərəkətinə görə 20 yaşlı tələbə Qorkenin təhsilini dayandırıb onu ölkədən deportasiya etmək barədə qərar çıxarıb. Lakin bunu bilən Ronaldo prokurorluğa məktub ünvanlayıb və Qorkenin əfv olunmasını xahiş edib.