Marsda həyatın olmasına ümid artır

27 Sentyabr 2013 19:25 (UTC+04:00)
Amerika Kosmik Agentliyi NASA-nın Marsa göndərdiyi kəşfiyyat aparatı "Curiosity" tərəfindən göndərilmiş örnəklər planetin səthinin 2%-də su olduğunu ortaya çıxarıb.

ANS PRESS "Science" jurnalına istinadən bildirir ki, bununla da "Qırmızı planet"də həyatın olmasına ümidlər yenidən yaranıb. Örnəkləri araşdıran Nyu-York Renselir Politexnik İnstitutunun əməkdaşı Laura Leşin planetdə bu qədər su olmasının çox həyəcanverici olduğunu bildirib.

L. Leşin dediyinə görə, örnəklərin 835 dərəcəyə qədər artırılması nəticəsində karbon-oksid, oksigen, kükürd birləşmələrinin olduğu da ortaya çıxıb. (ANS PRESS)