Nüsrət Kəsəmənlinin oğlu yenidən həbs olundu

27 Sentyabr 2013 20:08 (UTC+04:00)
Bu ilin iyun ayında 15 illik həbsdən sonra, müddətinə dörd ay qalmış şərti olaraq azad olunan mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli yenidən həbs edilib.

Avropa.info-nun əldə etdiyi məlumata görə, vaxtilə nikahdankənar yaşadığı qadını qətlə yetirərək 15 il həbs həyatı yaşamış Araz Kəsəmənli təqribən 10 gün bundan öncə narkotik istifadəçisi kimi yenidən həbs olunub.

Arazı tanıyanların dediyinə görə, o, həbsdə olduğu müddətdə narkotikdən kənar, idmanla məşğul olan bir insan kimi tanınıb. Həbsinin ilk dönəmlərində onun həbsxanadakı kriminal avtoritetlərlə münasibəti olsa da, həbsinin sonlarına bir müddət qalmış o, namaz qılmağa və ibadət etməyə başlayıb. Bu baxımdan da onu tanıyanlar Arazın narkotik vasitədən istifadə etməsinə inanmırlar.

AzNews.az