Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirilib

30 İyul 2026 18:25 (UTC+04:00)

Əməkdar İncəsənət xadimi, xanəndə Aqil Məlikovun səhhətində problem yaranıb.

Bu barədə APA-ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib.

O bildirib ki, həkim müayinəsindən sonra Aqil Məlikovun ürək damarlarının tutulduğu məlum olub: "Sabah açıq ürək əməliyyatı olunacağı gözlənilir".