Azyaşlı uşaq su kanalında boğulub

27 Sentyabr 2013 21:31 (UTC+04:00)
Bakı-APA. Bakının Sabunçu rayonunda azyaşlı uşaq su kanalına düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.

Azyaşlının meyiti batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzNews.az