Ustad aşığın yubileyi qeyd olunacaq

28 Sentyabr 2013 08:10 (UTC+04:00)

Ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olunacaq. Bu barədə məlumat AzNews.az-a Aşıqlar Birliyindən daxil olub.

Sözügedən tədbir Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, tədbir sentyabrın 30-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.

Bahar Rüstəmli
AzNews.az