Güney Azərbaycanda maraqlı etiraz

28 Sentyabr 2013 08:24 (UTC+04:00)

Güney Azərbaycanda ana dilində təhsilə qoyulan qadağaya unikal formada etiraz bildirilib.

Yeni tədris ilinin ilk dərs günü Urmiyədə valideynlərdən biri azyaşlı övladını məktəbə Azərbaycanın milli geyimində göndərib. Məktəbdə keçirilən tədbirə digər şagirdlərdən fərqli olaraq məktəbli formasında yox, milli geyimdə qatılan şagird diqqət mərkəzində olub.

Şagirdin anası övladını məktəbə milli geyimdə göndərilməsini belə izah edib: "Ana dilində təhsilə qoyulan qadağaya belə etiraz bildirdik. İstəyirik ki, hamıya örnək olsun".

Elnur
AzNews.az