“Narahatlıq üçün heç bir əsas yoxdur” - Fərhad Əliyevin qardaşı

28 Sentyabr 2013 08:29 (UTC+04:00)
Hazırda həbsdə olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin səhhətində problemlərin yaranması ilə bağlı yayılan xəbərə Əliyevlər ailəsindən münasibət bildirilib.

F.Əliyevin qardaşı Əlipənah Əliyev AzNews.az-a keçmiş nazirin səhhətində problemin olmadığını bildirib: "Fərhad Əliyevin səhhətində heç bir problem yoxdur. Bu xəbər yayıldıqdan sonra özüm onunla əlaqə saxlamışam. Narahatlıq üçün heç bir əsas yoxdur. Mətbuatdan xahişimiz odur ki, belə xəbərləri yayarkən bir az ehtiyatlı olsunlar".

Elnur
AzNews.az