Fidan: ABŞ-İran danışıqları atəşkəs və Hörmüz boğazının açılmasına gətirib çıxara bilər

6 Avqust 2026 18:39 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ ilə İran arasında aparılan danışıqların qısa müddətdə atəşkəsin əldə olunmasına və Hörmüz boğazının yenidən açılmasına səbəb olacağına ümid etdiyini bildirib.

AzNews.az xəbər verir ki, Fidan Hörmüz boğazı ilə bağlı məsələnin mürəkkəb olduğunu və çoxsaylı texniki detalların mövcudluğunu vurğulayıb.

Nazir qeyd edib ki, bu prosesdə Omanın da mühüm rolu var.

Fidanın sözlərinə görə, hazırda 60 günlük bir proses müzakirə olunur və bu müddət ərzində səmərəli iş aparılarsa, tərəflər arasında uzunmüddətli razılaşma əldə oluna bilər.

O əlavə edib ki, Hörmüz boğazından kənar məsələlər, xüsusilə də İranın nüvə proqramı ilə bağlı prinsipial razılaşmaların əldə olunduğu məlumdur.

Mövsüm,

AzNews.az