Parisdə PKK dərnəyi qarşısında partlayış: 3 ölü

28 Sentyabr 2013 09:06 (UTC+04:00)

Parisdə Rued Enghien küçəsində, PKK Dərnəyi Əhmət Kaya Mədəniyyət Mərkəzi qarşısında yerləşən 5 mərtəbəli binada güclü partlayış baş verib.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

Paris FHN-in rəhbəri Eric Moulin partlayışın səbəbi barədə mətbuata açıqlama verib. O deyib ki, binanın alt qatı avtomobil təmir qarajı kimi istifadə edilir. Partlayışa səbəb qarajdakı benzin və ya qazın səbəb olduğu ehtimal edilir.

Xilas etmə işləri davam edir. Çökmüş binanın altında başqa qurbanların olması da ehtimal edilir.

Elman
AzNews.az