Telli Borçalı “Tanqo“ oynadı- VİDEO

28 Sentyabr 2013 09:11 (UTC+04:00)
Şən zarafatları ilə sevilən aşıq Telli Borçalının daha bir istedadı üzə çıxdı.

Xanım aşıq dünən ANS TV-nin "Günə Baxan" proqramıının qonağı olarkən aparıcı İlqar Mikayıloğlu ondan "Tanqo" rəqsini ifa edib-etmədiyini soruşub. "Xeyr" cavabı verən aşıq xanım İlqara "Bəlkə oynayaq" deyərək birlikdə"Tanqo" rəqs etməyi təklif edib.

İlqar özünü itirməyərək təklifi qəbul edib. Amma rəqsə başlamazdan əvvəl "Ayağınızı tapdalasam, paltarınızı cırsam üzr istəyirəm" deyərək xəbərdarlıq etdikdən sonra rəqsə başlayıb və ortaya bu məzəli görüntülər çıxıb. (anspress)



AzNews.az