Türkiyənin yük gəmisi PUA hücumuna məruz qaldı

7 Avqust 2026 20:44 (UTC+04:00)

Rusiyanın Novorossiysk limanı sahillərində Türkiyə bayrağı altında üzən "MV Güllük" yük gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

"Haberdenizde"nin məlumatına görə, hadisə nəticəsində itki olmayıb, lakin gəmiyə ziyan dəyib

.
Bildirilib ki, dron Taman istiqamətində hərəkət edən gəminin yaşayış məntəqələrinə dəyib.

Gəmi İstanbula doğru yola düşüb, orada tam yoxlamadan keçəcək.

“MV Güllük” yük gəmisi 2002-ci ildə inşa edilib və beynəlxalq daşımalarla məşğuldur.