Dünya xalqlarının qadınları- Fotolar

28 Sentyabr 2013 14:24 (UTC+04:00)
Şotlandiyadakı Qlazqo Universitetinin alimləri maraqlı araşdırmanı başa vurublar. Onlar dünyanın müxtəlif ölkələrindəki 41 çeşidli etnik qrupdan olan qadınların yüzlərlə, minlərlə fotolarını bir araya gətirərək "Dünya xalqlarının qadınları" adlı portretlər seriyası yaradıblar.

Şotland psixoloqların dediklərinə görə, kompüter proqramı vasitəsilə alınmış orta statistik fotoportret müxtəlif xalqlar və etnik qruplardakı qadınların tam əksəriyyətinə məxsus sifət cizgilərinin müəyyənləşdirilməsi məqsədi güdüb.

Məşhur antropoloq, ser Frensis Qaltonun hələ 19-cu əsrin sonlarında istifadə etdiyi metodun çağdaş versiyasından yararlanan alimlər kompüter texnologiyalarından istifadə edərək fotoları "birləşdiriblər" və sonucda hər etnik qrupun orta statistik qadın siması alınıb.(milli.az)

AzNews.az