İqbal Ağazadə Bakıda mitinqə hazırlaşır

28 Sentyabr 2013 10:52 (UTC+04:00)

Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə Bakıda seçiciləri ilə görüşmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edəcək.

Bu barədə AzNews.az-a Ümid Partiyasının seçki qərargahının rəhbəri Taleh Əliyev məlumat verib. O bildirib ki, gələn həftə Bakıda seçiciləri ilə görüş keçirilməsinə razılıq verilməsi ilə bağlı BŞİH-ə müraciət ünvanlayacaqlar. Ümid rəsmisinin sözlərinə görə, onlar prezidentliyə namizədlərin təbliğat müddətinin bitməsinə az qalmış Bakıda seçicilərlə görüş keçirməyi planlaşdırırlar.

Anar
AzNews.az