Tetçerin nəşinin külü dəfn olundu
29 Sentyabr 2013 08:12 (UTC+04:00)
Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin nəşinin külü sentyabrın 28-də Londonun cənub-qərbində Kral qəbiristanlığında basdırılıb.
"Dəmir ledi"nin külünün dəfnində övladları və qohumları, eləcə də yaxın dostları iştirak edib.
O, 2003-cü ildə vəfat etmiş həyat yoldaşı Denisin qəbrinin yanında dəfn olunub.Baş daşında da yalnız adı və yaşadığı illər (1925-2013) yazılıb.
Xatırladaq ki, Marqaret Tetçer bu il aprelin 8-də 87 yaşında insultdan vəfat edib. O, 1979-1990-cı illərdə Britaniyanın baş naziri olub.(lent.az)
AzNews.az