FEMEN bu dəfə podyuma çıxdı- FOTO

29 Sentyabr 2013 10:00 (UTC+04:00)
Fransada FEMEN qrupunun üzvləri podyuma çıxıblar. 2014-cü bahar-yaz kolleksiyasının nümayişi zamanı iki çılpaq FEMEN üzvü podyuma çıxıb.

Qrup üzvləri mühafizəkarlar tərəfindən podyumdan çıxarılıb. Aksiyaya cəhd edən FEMEN üzvləri dəb sektorunu tənqid etmək məqsədilə belə bir aksiya etdiklərini açıqlayıblar.

Femençilər podyumda qadınların seks obyektinə çevrilməsinə qarşı çıxıblar. Bu zaman Femen-çı qızlar podyumda gəzən 18 yaşlı model Holli-May Sakerə mane olmağa çalışıblar. Amma bacarıqlı model aksiyaçını itələyərək çıxışına davam edib.(anspress)

AzNews.az