Yeniyetmə cüdoçumuz vəfat etdi

29 Sentyabr 2013 15:26 (UTC+04:00)
Azərbaycan idmanına və "Qəbələ" İdman Klubuna ağır itki üz verib.


AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, klubun cüdo bölümünün və Azərbaycan cüdo yığmasının gənc üzvü, Avropa Kubokunun mükafatçısı, dünya çempionatının iştirakçısı 16 yaşlı Fəridə Həsənxanova qəflətən dünyasını dəyişib.

Gənc idmançının ölüm səbəbi bəlli deyil.

Qeyd edək ki, mərhumə bu il Ukraynanın Kiyev şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda bürünc medal qazanmışdı.

Allah rəhmət eləsin.

AzNews.az