Restoranda partlayış təhlükəsi; müştərilər evakuasiya edilib

30 Sentyabr 2013 08:01 (UTC+04:00)
Dağıstanın paytaxtı Maxaçqalada maskada olan 3 silahlı şəxs gecə saat 11-də "Qızıl imperiya" restoranına daxil olaraq partlayıcı maddəyə bənzəyən əşya qoyaraq gizlənib.

Bu barədə məlumatı "İnterfaks" Dağıstanın Daxili İşlər Nazirliyinə istinadən yayıb: "Cinayətkarlar masalardan birinin üstünə şübhəli əşya qoyaraq gizlənib. Onlar hətta bir neçə dəfə tavana atəş açıblar. Restorandakı müştərilər evakuasiya edilib".

Elnur
AzNews.az