Doğuş zamanı 23 yaşlı qadın dünyasını dəyişdi

30 Sentyabr 2013 08:00 (UTC+04:00)
Bakı şəhərində ailə övlad gözləyərkən faciə baş verib. Doğuş zamanı gənc qadın həyatını itirib.

Hadisə Dəmiryolu Xəstəxanasında baş verib. Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, ötən gün səhər saatlarında Yasamal rayon sakini olan 23 yaşlı Həlimə Əzimova doğuş üçün Dəmiryolu Xəstəxanasına aparılıb. Lakin doğuş uğurlu alınmayıb. H.Əzimova kəskin qan itirmədən keçinib. / milli.az /

AzNews.az