Əli Kərimlinin oğlu həbsdə qaldı

30 Sentyabr 2013 10:22 (UTC+04:00)

Bu gün Bakı Apelyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin həbs qərarının ləğv edilməsi ilə bağlı şikayətə baxılıb.

AzNews.az-ın məlumatına görə, məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb və T.Kərimlini azadlığa buraxmayıb.

Qeyd edək ki, T.Kərimli ötən həftə polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə saxlanılmış və ona 25 sutka inzibati həbs cəzası verilmişdi.

Anar
AzNews.az