Türkiyədə həyat dayandı- Foto

30 Sentyabr 2013 12:15 (UTC+04:00)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün çoxdan bəri gözlənilən demokratikləşmə paketini açıqlayıb. Baş nazirin çıxışı bir sıra telekanallar tərəfindən canlı yayımlanıb.

Türkiyə mətbuatının məlumatına görə, ölkənin demək olar ki, bütün iş və əyləncə məkanları, çayxana və evlərində baş nazirin çıxışı diqqətlə dinlənilib.

Sakinlər yerli vaxtla saat 11-dən başlayan canlı yayıma diqqətlə baxdığına görə ölkənin böyük şəhərlərində həyat demək olar ki, dayanıb.

Elnur
AzNews.az