Rusiya narkabarona görə 1 milyon mükafat vəd edib

30 Sentyabr 2013 13:09 (UTC+04:00)
Rusiya polisi bu ölkə vasitəsilə Kolumbiyadan Avropaya külli miqdarda narkotik aparan Oleq Titov barədə məlumat verən şəxsə 1 milyon rubl mükafat vəd edib.

Narkotacirin hazırda Ukraynada gizləndiyi ehtimal edilir. Onun yaxın ətrafı bir müddət əvvəl həbs edilib və 18-22 il azadlıqdan məhrum edilib. Azadlıqda hələlik narkobaron və onun mühasibi Morqan Volters qalıb.

Ehtimallara görə, öz güclü əlaqələri nəticəsində Titov hətta polisdən gizləndiyi zaman da narkotik ticarəti ilə məşğul olur.

Elnur
AzNews.az