“Lotu Quli”nin adamı olan mer danışdı

30 Sentyabr 2013 14:18 (UTC+04:00)
Rusiyanın Yekaterinburq şəhərində bu yaxınlarda keçirilən mer seçkilərində qələbə qazanan və azərbaycanlı "qanuni oğru", Lotu Quli ləqəbi Nadir Səlifov tərəfindən də himayə olunduğu iddia olunun Yevgeni Royzman mətbuata müsahibə verib. O, şəhər dumasının bir neçə üzvünün seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciətindən danışıb. Royzman bildirib ki, onu həmin deputatlar yox, şəhər əhalisi seçib. Royzman onun arxasında maliyyə qruplaşmalarının dayandığı və bu səbəbdən də müstəqil fəaliyyət göstərməyəcəyi barədə məlumatlar təkzib edib. Qeyd edib ki, Yekaterinburqda heç kəs bu barədə söylənənlərə inanmır: "Aydındir ki, mən biznesmenləri tanıyıram, onların arasında mənim yoldaşlarım da var. Əgər mənə şəhərin inkişafı ilə bağlı hansısa ağıllı təklif verilərsə, mən onlara qulaq asaram. Ancaq mənim arxamda yalnız şəhər əhalisi dayanır". Qeyd edək ki, Yekaterinburqda seçkilər öncəsi aralarında azərbaycanlıların da olduğu çox sayda kriminal avtoritet saxlanılmış və onların Royzmana dəstək məqsədilə toplaşdığı bildirilmişdi. Onların bəzilərinin hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan "qanuni oğru" Nadir Səlifovun adamları olduğu iddia edilirdi.

Elnarə
AzNews.az