İki yaşlı uşaq atasını güllələyib öldürdü

30 Sentyabr 2013 14:33 (UTC+04:00)
Türkiyədə 2,5 yaşlı uşaq atasının ölümünə səbəb olub. Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Kastamon kəndində baş verib.

Belə ki, 4 uşaq atası Yaqub D. uşaqları və həyat yoldaşı ilə birlikdə getdiyi qayınansıgildə silahını yemək yeyərkən divanın üzərinə qoyub. Bu zaman onun 2,5 yaşlı kişik oğlu silahla oynamağa başlayıb. Bu zaman ehtiyatsızlıqdan atəş aşılıb. Silahdan çıxan güllə kişinin belindən girərək sinəsindən çıxıb.

Kişinin sinəsindən çıxan güllə onunla üzbəüz olan qayınanasını ayağından yaralayıb. Qan içində qalan Yakup D. hadisə yerindəcə keçinib. Qadın isə xəstəxanaya aparılıb. Ananın vəziyyətinin stabil olduğu açıqlanıb.

AzNews.az