İranla ABŞ arasında birbaşa aviareys açılır

30 Sentyabr 2013 16:01 (UTC+04:00)
İran prezidenti Həsən Ruhani ABŞ-a bağlı növbəti addımı atıb.

Lent.az-ın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, Həsən Ruhani İran Aviasiya İdarəsinə İran və ABŞ arasında birbaşa aviareyslərin bərpasının mümkünlüyünü araşdırmağı tapşırıb.

Təkcə Kaliforniyada 1 milyon İran əsilli şəxs yaşayır. İran və ABŞ arasında birbaşa aviareyslər 1979-cu ildə, İran İslam İnqilabından sonra dayandırılıb.

AzNews.az