İbadət zamanı kilsə uçdu: ölən və yaralananlar var

30 Sentyabr 2013 16:30 (UTC+04:00)
Meksikanın Xuares şəhərində kilsə uçub.

Hadisə zamanı binada ibadətlə məşğul olan təqribən 200 nəfər olub.

Bədbəxt hadisə nəticəsində doqquz yaşlı uşaq ölüb, 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Tikintisi hələ başa çatdırılmamış kilsə brezentlə örtülüb, bu yaxınlarda yağan leysan yağışlar nəticəsində isə dam örtüyünün çəkisi əhəmiyyətli dərəcədə artıb ki, bu da kilsənin divarının uçmasına gətirib çıxarıb.(gun.az)


AzNews.az