Türkiyə təyyarəsi qəzaya uğrayıb
30 Sentyabr 2013 17:05 (UTC+04:00)
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb. APA-nın "Doğan" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, təlim məqsədilə uçuş keçirən "F-4" təyyarəsi Sivas vilayəti ərazisində yerə düşüb. Təyyarəni idarə edən 2 pilot paraşütlə tullanaraq xilas ola bilib. Onlar yaralı halda xəstəxanaya çatdırılıblar.
AzNews.az