Suriya qaçqinları ölkəyə qayıtmağa çağırıb

30 Sentyabr 2013 18:51 (UTC+04:00)
Suriyanın xarici işlər naziri Valid Müəllim suriyalı qaçqınları xaricdəki düşərgələrdən ölkəyə qayıtmağa çağırıb. Musavat.com-un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, o, bəyan edib ki, hökumət ölkəni tərk edənlərin təhlükəsizliyinə təminat verir.

"Bu tribunadan Suriya vətəndaşlarını öz şəhər və kəndlərinə qayıtmağa çağırıram. Dövlət onların təhlükəsiz qayıdışına və hazırda yaşadığı düşərgələrdəki qeyri-insani şəraitdən fərqli yaşayışlarına təminat verir", - nazir BMT Baş Assambleyasındakı çıxışında deyib.

Valid Müəllim bildirib ki, suriyalılar bəzi ölkələrdə hərbi təlim düşərgələrində və ya cəzaçəkmə müəssisələrinə bənzər yerlərdə yaşayırlar.

Qeyd edək ki, 2011-ci ilin martında başlayan münaqişə zamanı Suriyada 100 mindən çox adam ölüb, 4,2 milyondan çox sakin ölkə ərazisindən, 2 milyon nəfər isə qonşu ölkələrdə qaçqın kimi yaşayır.
(Musavat.com)