TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

16 Sentyabr 2026 10:27 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.

AzNews.az Nocomment.az-a istinadla xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub.

Əmrə əsasən, Adil Rzayev sözügedən xəstəxananın baş həkim əvəzi təyin edilib.