ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində helikopterin qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb, daha bir nəfər yaralanıb. Bu barədə CBS News məlumat yayıb.
Məlumata görə, helikopter yerli media qurumlarından birinə məxsus olub. Qəzanın səbəbi hələlik məlum deyil.
Helikopterin böyük yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazinin yaxınlığında qəzaya uğradığı bildirilib.
Mövsüm,
AzNews.az