Böyük Britaniyanın baş naziri Endi Börnhamın gələn həftə ABŞ Prezidenti Donald Trampla ilk dəfə üz-üzə görüşəcəyi gözlənilir.
Bu barədə “The Times” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, görüş sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının tədbirləri çərçivəsində keçiriləcək. Tərəflərin Ukrayna, Yaxın Şərq və enerji məsələlərini müzakirə edəcəyi gözlənilir.
“The Times” yazır ki, Börnham daha əvvəl digər Avropa liderləri ilə birlikdə ABŞ prezidentini Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər verməyə inandırmağa ümid etdiyini bildirib. Tramp və Börnham sonuncunun iyulun sonunda vəzifəyə başlamasından sonra iki dəfə telefon danışığı aparıblar.
BMT-nin mənzil-qərargahında dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək Ümumi Debatlar 2026-cı il sentyabrın 22-26-da və sentyabrın 28-də baş tutacaq. Rusiyanın nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.
Mövsüm,
AzNews.az