Bakıda 82 yaşlı kişi binadan yıxılaraq öldü

16 Sentyabr 2026 11:04 (UTC+04:00)

Bakıda kişi binadan yıxılıb.

AzNews.az lent.az-a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində qeydə alınıb.

82 yaşlı Balağa Hacıağa oğlu Məmmədov ailə üzvləri ilə birlikdə yaşadığı 9 mərtəbəli binanın eyvanından yıxılaraq ölüb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.