İnspektorlar Dəməşqi tərk etdi

30 Sentyabr 2013 19:48 (UTC+04:00)
Suriyada kimyəvi silahla bağlı araşdırma aparan BMT inspektorları Dəməşqi tərk edib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, beynəlxalq mütəxəssislər avqustun 21-də Suriya paytaxtı yaxınlığında kimyəvi silahdan istifadə faktlarını öyrənirdi.

BMT inspektorlarının yekun rəyinə əsasən, həmin gün tərkibində zarin olan maddədən istifadə olunub. Lakin bunun məsuliyyəti heç bir tərəfin üzərinə qoyulmayıb.

Qeyd edək ki, tezliklə Suriyada beynəlxalq inspektorlardan ibarət daha bir qrup fəaliyyətə başlayacaq. Həmin qrup ölkədəki kimyəvi silah ehtiyatlarının məhvi prosesində iştirak edəcək.(APA)