Polşa Ukraynaya "Patriot" kompleksləri daxil olmaqla yeni hərbi yardım paketi hazırlayır

16 Sentyabr 2026 13:26 (UTC+04:00)
Polşa Ukraynaya, o cümlədən bir neçə "Patriot" zenit-raket kompleksini özündə ehtiva edən yeni hərbi yardım paketi təqdim etməyə hazırlaşır.

Bu barədə "Rzeczpospolita" qəzeti polşalı hərbi və hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanı İreneuş Novak nəşrə bildirib ki, Varşava Ukraynaya "az sayda" "Patriot" sistemi verə bilər. Bununla belə, o, digər təfərrüatları açıqlamayıb.

Polşa Müdafiə Nazirliyinin mətbuat xidməti də hazırlanan tədarüklə bağlı məlumatı təkzib etməyib, lakin Kiyevə məhz hansı texnikanın göndəriləcəyini dəqiqləşdirməyib.

Mövsüm,

AzNews.az