TikTok-un təsisçisi Çjan İmin hindistanlı milyarder Qautam Adanini qabaqlayaraq ilk dəfə Asiyanın ən varlı adamı olub.
Bu barədə "Bloomberg Billionaires Index" agentliyi reytinq açıqlamasında qeyd edib.
Bildirilir ki, 43 yaşlı Çjanın sərvəti 105 milyard dolları ötüb. Onun kapitalının artımı son illərdə artım templərinə görə ənənəvi sahələrin nümayəndələrini qabaqlayan süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin dəyərinin artması ilə əlaqədardır.
Bundan əlavə, sentyabr ayında TikTok-un hazırlanıb-inkişaf etdirildiyi "ByteDance" şirkətinin təsisçisinin sərvəti 12 milyard dollar artaraq 105 milyard dolları keçib. Həmçinin 2019-cu ilin martından bəri Çjan İminin aktivləri səkkiz dəfə artıb. "Gazeta.Ru" əlavə edir ki, "ByteDance" şirkətinə TikTok, Çinin "Douyin" platforması, "Toutiao" xəbər aqreqatoru və digər xidmətlər daxildir.
Mövsüm,
AzNews.az