Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib

16 Sentyabr 2026 16:19 (UTC+04:00)

Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib.

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.

Qeyd edək ki, Milli Məclisin deputatı Ülvi Quliyevin sentyabrın 17-də 60 yaşı tamam olur.