Fon der Leyen Aİ-də NATO-nun 4-cü maddəsinə bənzər təhlükəsizlik mexanizmi təklif edib

16 Sentyabr 2026 16:29 (UTC+04:00)

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sentyabrın 16-da etdiyi illik çıxışı zamanı Avropa İttifaqında NATO-nun 4-cü maddəsinə bənzər təhlükəsizlik təhdidlərinə qarşı fövqəladə reaksiya mexanizminin yaradılmasını təklif edib.

Şimali Atlantika Alyansının nizamnaməsinə əsasən, NATO-nun 4-cü maddəsi üzv ölkələrdən birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olduğunu hesab etdiyi halda, alyans üzvləri arasında məsləhətləşmələrin aparılmasını nəzərdə tutur.

“Biz müəyyən insidentlərə necə reaksiya verəcəyimizlə bağlı təcili olaraq konsensusa ehtiyac duyuruq. Başqa sözlə, bu, NATO-nun 4-cü maddəsinə əlavə mexanizm olacaq. Hesab edirəm ki, Avropanın özündə 4-cü maddənin və fövqəladə təhlükəsizlik protokolunun tətbiqinin vaxtı çatıb”, - deyə fon der Leyen bildirib.

Mövsüm,

AzNews.az