Əraqçi: İran ABŞ ilə anlaşma memorandumunun qüvvədə qaldığına inanır

16 Sentyabr 2026 16:31 (UTC+04:00)

İran ABŞ ilə münaqişənin həlli üçün diplomatik yola qayıtmağın tərəfdarıdır və ölkələr arasında daha əvvəl imzalanmış İslamabad memorandumunun qüvvədə olduğunu hesab edir.

İranın xarici işlər naziri Abbas Əraqçi Çinin xarici işlər naziri Van Yi ilə görüşündə bildirib ki, Tehran münaqişənin davam etdirilməsində maraqlı deyil.

“İran münaqişənin davam etməsində maraqlı deyil və onun həlli üçün diplomatik yola qayıtmağa ümid edir. İran tərəfi hesab edir ki, ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu qüvvədə qalır”, - deyə Əraqçinin sözlərini Çin Mərkəzi Xalq Radiosu (CNR) yayıb.

Bununla yanaşı, Əraqçi Tehranın öz hüquq və maraqlarını müdafiə etməkdə israrlı olduğunu vurğulayıb.

İranın xarici siyasət idarəsinin rəhbəri daha sonra ÇXR sədri Si Cinpinin Yaxın Şərqdə sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərini dəstəklədiyini bildirib.

Əraqçi bu istiqamətdə Pekinlə əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını qeyd edib və Çinin regional təhlükəsizliyin təmin edilməsində artıq nümayiş etdirdiyi mühüm rolunu vurğulayıb.

Mövsüm,

AzNews.az